Modern.az

FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında medal qazandı - FOTO

FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında medal qazandı - FOTO

Aktual

17 Noyabr 2025, 14:32

Taekvondo üzrə Azərbaycan yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun üzvü Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə əldə edib.

FHN-dən Modern.az-a verilən xəbərə görə, taekvondo üzrə yarışlarda 60kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medala yiyələnməyi bacarıb.

Qeyd edək ki, Q.Maqomedov bu ilin oktyabr ayında keçirilən taekvondo üzrə dünya çempionatında bürünc və 2024-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında gümüş medalın sahibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV