Modern.az

Qəbələdə tövlədə 10 ton ot bağlaması yandı - VİDEO

Qəbələdə tövlədə 10 ton ot bağlaması yandı - VİDEO

Aktual

17 Noyabr 2025, 17:34

Qəbələ rayonunun Nic qəsəbəsində tövlədə 10 ton ot bağlaması yanıb.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan tövlənin yanar konstruksiyaları 40 kvadratmetr sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.

Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu