Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpası ilə bağlı təmir işləri aparılır .
Modern.az xəbər verir ki, bu barədə Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində media nümayəndələrinə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Departament rəisi qeyd edib ki, işlərin qısa müddətdə başa çatdırılması gözlənilir.
A.Fərəcov onu da əlavə edib ki, Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir:
“Dayanacağın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə o fikrini tamamlayıb.