Modern.az

Qatar 2 saat 11 dəqiqəyə bizi Kürdəmirə çatdıracaq

Qatar 2 saat 11 dəqiqəyə bizi Kürdəmirə çatdıracaq

Ölkə

Bu gün, 11:56

Kürdəmir stansiyasında fəaliyyətin bərpası ilə dəmir yolu xəttinin coğrafiyası genişlənir. 

Modern.az xəbər verir ki, bu fikirləri Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib. 

Onun sözlərinə görə, pandemiya sonrası bu addımın əsas məqsədi müştəri məmnuniyyətini artırmaq və ölkə üzrə sərnişinlərin daha rahat səyahətini təmin etməkdir.

“Əvvəllər Bakıdan Kürdəmirə hərəkət edən qatar bu məsafəni 3 saat 11 dəqiqəyə qət edirdisə, hazırda yenilənmiş qrafik üzrə bu müddət 2 saat 11 dəqiqəyə qədər azaldılıb.

Sərnişinlər gündəlik olaraq Bakı–Qazax–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarlarla Kürdəmir stansiyasına səyahət edə bilərlər. Bundan əlavə, həftə sonları fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı qatarları vasitəsilə də sərnişinlərin Kürdəmir üzərindən paytaxta, eləcə də qərb və şimal-qərb bölgələrinə gediş-gəlişi mümkündür”,- deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi