Modern.az

Qatarların maksimal sürəti nə qədərdir? - ADY-dən açıqlama

Qatarların maksimal sürəti nə qədərdir? - ADY-dən açıqlama

İqtisadiyyat

17 Aprel 2026, 12:22

Azərbaycan ərazisində mövcud dəmir yolu infrastrukturu üzrə maksimal sürət həddi 140 km/saat təşkil edir.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində media nümayəndələrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda qatarlar məhz bu sürət həddi ilə hərəkət edir və bu göstərici ADY üçün maksimal hesab olunur:

“Qatarların sürətinin artırılması ilə bağlı hazırda hər hansı əlavə işlər nəzərdə tutulmur”, - deyə qurum rəsmisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı