Anna Akopyan Paşinyanla münasibətlərinin kəsilməsinə baxmayaraq, qarşıdan gələn parlament seçkilərində ona səs verməyə çağırıb.
Modern.az xəbər verir ki, "İravunk" qəzetinin məlumatına görə, o, yaxın ətrafına açıq şəkildə Paşinyanın yenidən seçilməsini dəstəklədiyini bildirib və yaxın çevrəsinə də eyni addımı atmağı məsləhət görüb.
"Qoy Paşinyanla münasibətlərimiz sizin ona münasibətinizə təsir etməsin. Mən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və birmənalı olaraq hazırkı baş nazirə səs verəcəyəm", - deyə o bildirib.
Xatırladaq ki, bu ilin fevralında Anna Akopyan uzun illər vətəndaş nikahında yaşadığı Baş nazir Nikol Paşinyanla ayrılmaq qərarına gəldiklərini sosial mediada elan etmişdi. Cütlüyün bu münasibətlərdən 4 övladı (3 qız, 1 oğlan) var.
Ermənistanda parlament seçkiləri isə iyunun 7-də baş tutacaq.