Modern.az

Epşteyn işi: baş nazirin istefası tələb olundu

Epşteyn işi: baş nazirin istefası tələb olundu

Dünya

Bu gün, 13:06

Böyük Britaniyada müxalifət partiyaları Baş nazir Kir Starmerin istefasını tələb edib.

Modern.az Britaniya KİV-nə isitinadən xəbər verir ki, buna səbəb kimi Ceffri Epşteynlə yaxın əlaqəsi olan Peter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi göstərilib. 

Mühafizəkar Partiyanın lideri Kemi Badenox Starmerin sözügedən hesabatdan xəbərsiz olması ilə bağlı iddiasına sərt reaksiya verib.

O bildirib ki, əgər Baş nazir bu barədə məlumatlı olmayıbsa, bu, onun səriştəsizliyindən xəbər verir:

“Əgər o, bilmədiyini deyirsə, bu, onun səriştəsiz olduğunu göstərir. Bu o deməkdir ki, o, hökuməti idarə etməməlidir. Əgər Baş nazir öz ofisində nələrin baş verdiyini bilmirsə, iqtisadiyyatımıza, enerjimizə, müdafiəmizə və digər sahələrə rəhbərlik etməməlidir və getməlidir”.

Parlamentdə ikinci ən böyük müxalif qüvvə olan Liberal Demokratlar Partiyasının lideri Ed Dav da məsələ ilə bağlı sərt mövqe sərgiləyib. O, "X" sosial media platformasında paylaşım edərək qeyd edib ki, əgər Baş nazir parlament və ictimaiyyəti çaşdırıbsa, o zaman vəzifəsindən getməlidir.

Deyvi əlavə edib ki, Starmerin Mandelsonu Böyük Britaniyanın Vaşinqtondakı səfiri təyin etməsi ciddi səhv olub və bu qərar təhlükəsizlik icazəsi ilə bağlı hesabatın nəzərə alınmaması fonunda daha da problemli görünür.

Müxalifət nümayəndələri hesab edir ki, hökumətin bu addımı ölkənin təhlükəsizlik məsələlərinə yanaşması ilə bağlı ciddi suallar yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi