Ermənistan məhkəməsi erməni oliqarx və "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın ailə üzvləri ilə bağlı qərar verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun qızı Roza Tsarukyan və kürəkəni Karapet Quloyandan qanunsuz əldə edilmiş 3,4 milyon dollarlıq əmlakı müsadirə ediləcək.
Məhkəmə qərarına əsasən, oliqraxın Kotayk vilayətinin Arinc kəndindəki malikanə və Çaxkadzordakı torpaq sahəsi dövlətin balansına keçəcək.
Prokurorluğun iddiası həmçinin, cütlüyün Acba Bank-dakı 2000 səhminin müsadirə edilməsi ilə bağlı olub.