Modern.az

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

Aktual

Bu gün, 11:00

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının nəqliyyat və süni intellekt istiqamətləri üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ölkəmizdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, süni intellekt, data mərkəzləri və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi