Modern.az

Paşinyan Bakıya gəlmək istəyir - tarix açıqladı

Paşinyan Bakıya gəlmək istəyir - tarix açıqladı

Aktual

Bu gün, 12:18

Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə keçiriləcək Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün Azərbaycana səfərə ümid etdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Avropa Siyasi Birliyi Sammitində çıxışı zamanı bildirib.

Baş nazir Ermənistan və Azərbaycanın gələcək sammitlərə ev sahibliyi ilə bağlı bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiyini xatırladıb:

“Ümid edirəm ki, 2028-ci ildə keçiriləcək Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək imkanım olacaq”.

Paşinyan əlavə edib ki,  Avropa Siyasi Birliyi platforması Ermənistan və Türkiyə arasında təmasların qurulmasında mühüm rol oynayıb:

"Türkiyə Prezidenti ilə ilk ikitərəfli görüşüm 2022-ci ilin payızında Praqada keçirilən ilk Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutub. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvandakı sammitdə iştirakı da mühüm hadisə olub. Vurğulayım ki, Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV