Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan noyabrın 24-25-də işgüzar səfərlə Moskvada olacaq.
Modern.az xəbər verir ki, səfər çərçivəsində Mher Qriqoryan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukla işgüzar görüş keçirəcək.
Bundan əlavə, Ermənistan baş nazirinin müavini Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edəcək.
Məlumatı Ermənistan KİV-i yayıb.