Modern.az

Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR

Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR

Aktual

Bu gün, 16:29

Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb. 

Modern.az "Manset.az"a istinadən xəbər verir ki, Elçin Babayev noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün ora yola düşüb. Noyabrın 19-da rektor E.Babayev "Hilton Astana" hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edəcəkmiş. Elə iclas vaxtı sabiq rektor işdən çıxarılma xəbərini alıb. Dərhal iclası tərk edərək təcili Azərbaycana qayıdıb. Faktlar onu göstərir ki, 2-ci müddətə BDU-nun rektoru vəzifəsinə təyin edilən Elçin Babayevin işdən çıxarılması onun üçün müəmmalı olub. 

Qeyd edək ki, Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə yenidən 2-ci müddətə BDU-nun rektoru təyin edilmişdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı