Modern.az

Kurtulmuş: PKK-nın silahları təhvil verməsi gecikir

Kurtulmuş: PKK-nın silahları təhvil verməsi gecikir

Dünya

Bu gün, 17:21

Terrorsuz Türkiyə prosesi çərçivəsində PKK-nın silahları təhvil verməsi ilə bağlı gözləniləndən daha ciddi gecikmə müşahidə olunur.

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

O qeyd edib ki, prosesin siyasi və hüquqi bazasının artıq formalaşdırıldığını, növbəti addımın təşkilatın silahları tam təhvil verməsi olduğunu bildirib.

“Silahların yerə qoyulması məsələsində İmralının iradəsindən kənar ciddi gecikmənin olduğunu görürük. Ümid edirəm ki, bu gecikmə bir an əvvəl aradan qaldırılar”, – deyə Kurtulmuş qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə terrorsuz mühitin formalaşdırılması istiqamətində aparılan işlər çərçivəsində siyasi partilər arasında müəyyən razılaşmalar əldə olunub, qanunvericilik dəyişiklikləri ilə bağlı ilkin çərçivə də hazırlanıb.

Kurtulmuş vurğulayıb ki, prosesdə əsas “kritik hədd” terror təşkilatının silahları təhvil verməsi, özünü buraxması və bunun təhlükəsizlik qurumları tərəfindən ölçülə bilən şəkildə təsdiqlənməsidir.

O əlavə edib ki, regiondakı proseslər, o cümlədən Suriya və İran ətrafındakı hadisələr təşkilat daxilində bəzi qrupların gözləntilərinə təsir göstərib. Onun sözlərinə görə, İsrailin Livana hücumları, Suriyada bəzi separatçı qrupların və druz qruplarının silahlanması, eləcə də Suriyanın keçid prezidenti kimi tanınan Ahmed Şara administrasiyasının Suriya Demokratik Qüvvələri (PYD/YPG xətti) ilə inteqrasiya prosesini sürətlə aparması vəziyyətə təsir edən amillərdən olub.

Kurtulmuş həmçinin bildirib ki, İrandakı proseslər fonunda PKK-nın İran qolu olan PJAK-la bağlı müəyyən gözləntilər yaransa da, bu hesablamalar özünü doğrultmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!