İşğal altındakı İordan çayının qərb sahilində vəziyyət yenidən gərginləşib. Məlumata görə, israilli məskunlaşanlar Fələstinlilərin evlərinə hücum edib, eyni zamanda heyvandarlıq təsərrüfatına məxsus qoyun sürüsünü aparıblar.
Modern.az xəbər verir ki, məlumatlarda bildirilib ki, hadisə İordan çayının qərb sahilində, Nablus şəhərinin cənubunda yerləşən Huvara qəsəbəsində baş verib.
İddialara görə, israilli məskunlaşan qruplar Huvarada yaşayış evlərinə hücum edib.
Bununla yanaşı, məlumatda qeyd olunur ki, israilli məskunlaşanlar fələstinlilərə məxsus qoyun sürüsünü də ələ keçiriblər.
Hadisə ilə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib.