Modern.az

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi

İdman

6 İyun 2026, 18:19

Bakıda iyunun 7-dən 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.

Modern.az xəbər verir ki, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.

Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə