Dünyada piylənmə göstəriciləri açıqlanıb.
Modern.az “Gallup World Poll”un 2026-cı il statistikasına əsasən, 197 ölkənin yer aldığı reytinqdə Azərbaycan 120-ci pillədə qərarlaşıb. Ölkədə ümumi piylənmə göstəricisi 28,45 faiz təşkil edir.
Region ölkələri arasında Gürcüstan 38,78 faiz göstərici ilə 170-ci, Türkiyə 34,22 faizlə 154-cü, Ermənistan 27,78 faizlə 117-ci yerdə qərarlaşıb. Rusiya 27,7 faizlə 115-ci, Özbəkistan 29,38 faizlə 124-cü, Ukrayna isə 29,46 faizlə 125-ci pillədə yer alıb.
Türkmənistan isə regionda daha aşağı göstəricilərdən biri ilə seçilir. Bu ölkədə piylənmə səviyyəsi 19,38 faizdir və dünya reytinqində 75-ci sırada qərarlaşıb.
Dünyada ən aşağı piylənmə göstəricisinə malik ölkələr əsasən Asiya və Afrika dövlətləridir. Siyahıya 1,72 faizlə Vyetnam başçılıq edir. Ondan sonra Şərqi Timor və Efiopiya gəlir.
Ən az piylənmə olan ölkələr bunlardır:
1-ci yer Vyetnam — 1,72 faiz
2-ci yer Şərqi Timor — 2,45 faiz
3-cü yer Efiopiya — 3,14 faiz
4-cü yer Ruanda — 3,7 faiz
5-ci yer Kamboca — 3,72 faiz
6-cı yer Madaqaskar — 3,76 faiz
7-ci yer Eritreya — 3,85 faiz
8-ci yer Banqladeş — 4,12 faiz
9-cu yer Konqo Demokratik Respublikası — 4,65 faiz
10-cu yer Niger — 4,67 faiz
Reytinqin son pillələrində isə əsasən Sakit okean hövzəsinin ada dövlətləri qərarlaşıb.
Piylənməyə görə, ən yüksək göstəricilər:
191-ci yer Niue — 67,48 faiz
192-ci yer Samoa — 69,11 faiz
193-cü yer Tonqa — 70,36 faiz
194-cü yer Nauru — 71,07 faiz
195-ci yer Kuk adaları — 71,3 faiz
196-cı yer Tokelau — 72,63 faiz
197-ci yer ABŞ adaları — 75,28 faiz