Modern.az

Azərbaycan-Böyük Britaniya ticarət dövriyyəsi artıb

Azərbaycan-Böyük Britaniya ticarət dövriyyəsi artıb

İqtisadiyyat

Bu gün, 18:47

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 559 milyon 663 min ABŞ dolları təşkil edib.

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 25 dəfə artaraq 3 milyard 470 milyon 20 min dollar, bu ölkədən idxalının dəyəri isə 74 % azalaraq 89 milyon 642 min ABŞ dolları olub.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 20,4 %-i qədər olub. 4 ay ərzində Böyük Britaniyaya ixrac ümumi ixracın 29,2 %-ni, bu ölkədən idxal isə ümumi idxalın 1,6 %-ni təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!