Modern.az

30 yaşlı kişini at belində ildırım vurdu

30 yaşlı kişini at belində ildırım vurdu

Hadisə

6 İyun 2026, 18:34

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə