Modern.az

Türkiyədəki səfirimiz XİN-də vida görüşü keçirib - FOTO

Türkiyədəki səfirimiz XİN-də vida görüşü keçirib - FOTO

Aktual

Bu gün, 19:51

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyində vida görüşü keçirib.

Modern.az xəbər verir ki, səfir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rəşad Məmmədov bildirib ki, Türkiyə Cümhuriyyəti nəzdindəki vəzifə müddətinin tamamlanması münasibətilə Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru, səfir Mehmet Samsara vida ziyarətində olub.

Rəşad Məmmədov daha sonra bildirib ki, Türkiyə Cümhuriyyəti nəzdindəki diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə də vida ziyarəti edib. Səfir bununla bağlı paylaşımında, “Türkiye Cumhuriyeti nezdindeki görev süremin tamamlanması vesilesiyle, T.C. Milli Savunma Bakanı Sayın Yaşar Güler’e veda ziyaretinde bulundum”, - deyə qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!