Ermənistanda müqaviləli hərbçi partlayış nəticəsində ölüb
Modern.az xəbər verir ki, sentyabrın 24-də Ermənistan Müdafiə Nazirliyinin hərbçisi partlayış nəticəsində ölüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, müqavilə əsasında hərbi xidmət keçən D.K. hələlik müəyyən edilməyən şəraitdə baş verən partlayış nəticəsində həyatını itirib.
Nazirlikdən bildirilib ki, hərbçinin ailəsinə hadisə barədə müəyyən edilmiş qaydada məlumat verilib.
Hadisənin başvermə şəraiti araşdırılır.