Modern.az

Türkiyə-Azərbaycan birliyinə qarşı təxribatlar nəticəsiz qalacaq

Türkiyə-Azərbaycan birliyinə qarşı təxribatlar nəticəsiz qalacaq

Aktual

Bu gün, 12:14

AK Partiyanın sədr müavini Kürşad Zorlu Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmağa yönələn heç bir təxribatın məqsədinə çata bilməyəcəyini bildirib.

Modern.az xəbər verir ki, Zorlu qarşılıqlı tənqidin mümkün olduğunu, lakin iki ölkəni birləşdirən böyük amalın hər şeydən üstün tutulmalı olduğunu vurğulayıb.

“Biz bir-birimizi tənqid edə, çatışmazlıqlarımızı dilə gətirə bilərik. Dövlət qurumlarımız da bunu ən yüksək səviyyədə qarşılıqlı şəkildə edirlər. Bizi bir araya gətirən bu böyük amal hər şeydən üstün olmalıdır”, – deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər