2016-cı ildəki “Aprel döyüşləri”nin və 2020-ci ilin 44 günlük Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov ötən gün faciəli şəkildə həlak olub.
Modern.az xəbər verir ki, məhrum yolu keçərkən onu maşın vurub.
Hadisə Gəncə şəhərinin Nizami prospektində baş verib. Gəncə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada Şöhrət Namazovu vurub. O, xəstəxanaya aparılarkən ölüb.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
1982-ci il təvəllüdlü polkovnik-leytenant Şöhrət Namazovun bu yaxınlarda ordudan ehtiyata buraxıldığı bildirilir.
Allah rəhmət eləsin!