Modern.az

“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat etdi

“Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat etdi

Allah rəhmət eləsi̇n

27 Avqust 2022, 23:15

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

 

Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib. O, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyirdi.

 

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” kitabı İsrail və İran arasında diplomatik gərginliyə səbəb olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı