Modern.az

Saakaşvili hakimiyyəti Gürcüstanda azərbaycanlı kəndlərinin adlarının dəyişdirilməsini pisləyir

Saakaşvili hakimiyyəti Gürcüstanda azərbaycanlı kəndlərinin  adlarının dəyişdirilməsini pisləyir

4 Sentyabr 2009, 10:01

“Gürcüstanda türklərə məxsus kənd adlarının dəyişdirilməsi keçmiş prezidentlər Zviad Qamsaxurdia və Eduard Şevardnadzenin hakimiyyətə dövrdə baş verib” . Bunu Modern.az-a Gürcüstanin Kvemo-Kartli bölgəsinin qubernatorunun müavini Hüseyn Yusifov bildirib. Onun sözlərinə görə, həmin dövrlərdə müəyyən ekstremist qüvvələr öz çirkli əməllərini həyata keçirməyə çalışıblar və qismən buna nail də olublar: “İndiki iqtidar olaraq biz bunu pisləyirik. Şəxsən bizim qubernator da bu kəndlərin adlarının dəyişdirilməsini bir səhv,  yanlışlıq kimi qiymətləndirib. Ancaq, səhvi səhvlə düzəltmək olmaz.  Burada hər şey elə ölçülüb-biçilməlidir ki, atılan addımlardan yeni fəsadlar törənməsin. Hər halda yavaş-yavaş hər şey öz yerini tutacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi