Modern.az

10 uşaq doğan qadınlara yeni güzəşt

10 uşaq doğan qadınlara yeni güzəşt

Dünya

Bu gün, 18:07

Rusiyada çoxuşaqlı ailələrin və doğum səviyyəsinin artırılması məqsədilə yeni təşviq mexanizmi hazırlanır.

Modern.az xəbər verir ki, Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 10 və daha çox uşaq dünyaya gətirən qadınlara 1 milyon rubl məbləğində birdəfəlik ödəniş verilməsi nəzərdə tutulur.

Nazirlikdə bildirilib ki, təşəbbüs çoxuşaqlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi və demoqrafik göstəricilərin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər paketinin bir hissəsidir.

Yeni ödəniş mexanizmi xüsusilə çoxsaylı uşaqları olan ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. 10 uşaqlı ailələr üçün nəzərdə tutulan 1 milyon rublluq məbləğ isə bu kateqoriyaya daxil olan qadınlar üçün əlavə maddi dəstək olacaq.

Məsələnin Rusiyada demoqrafik vəziyyətlə bağlı müzakirələrin fonunda gündəmə gəlməsi diqqət çəkir. Ölkədə doğum səviyyəsinin artırılması son illərdə dövlət siyasətinin əsas sosial istiqamətlərindən biri kimi təqdim olunur.

Bununla yanaşı, çoxuşaqlı ailələr üçün müxtəlif sosial güzəştlər və maddi dəstək mexanizmləri də tətbiq edilir. Yeni təşəbbüslə bu dəstəyin daha da genişləndirilməsi planlaşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada