8 Dekabr 2017, 16:43 | Ana Səhifə - Yazılar - Tehrandan Xankəndinə yol gedirmi?..
Tehrandan Xankəndinə yol gedirmi?..

Zahid Oruc,
Milli Məclisin deputatı


İranın “Şərq” qəzetində özünü Dağlıq Qarabağın xarici siyasət idarəsinin rəhbəri kimi təqdim edən Masis Mailyanın müsahibəsi dərs olunub.Dünyada separatizmin yayılmasına qarşı təsirli tədbirlərdən biri kimi,dövlətlərin nəzarətində olan informasiya orqanlarında tanınmamış siyasi hibridlərə qarşı xüsusi yanaşmanın tətbiq olunduğu hər kəsə bəllidir.

Xüsusilə də böyük imperiya tarixi olan İranın hazırki dini-siyasi elitası uzun illər yaşadığı sanksiyalar fonunda diplomatiyanın ən yüksək incəsənət olduğunu hamıdan yaxşı bilir.Prezident Həsən Ruhaniyə yaxınlığı ilə seçilən tribunada Qafqaz həqiqətlərinin birtərəfli qaydada təqdimatı azadlıq və plüralizm barəsindəki deklarasiyalarla izah oluna bilməz.Axı teokratik quruluşlarda qərarların qəbulu mexanizminə bələd olanlar,xüsusi hazırlıqlı ekspertini Qarabağa göndərərək,absurd ədalət və haqq davası apardığına bir kimsəni inandıra bilməz.Məsələn,Birləşmiş Ştatlar prezidentinin son qərarını Fələstin-İsrail münaqişəsinin yenidən alovlanmasına yönələn cinayət aktı sayan rəsmi Tehranın eyni əzm və fədakarlıqla sabah yəhudi dövlətinin əsas təmsilçilərinə informasiya dəstəyi verməsini,balansı qorumaq adı ilə öz nümayəndəsini Prezident Administrasiyasından hazır tezislərlə təchiz edib Tel-Əvivə yola salacağını təsəvvür edirsizmi? Qətiyyən,belə hal son 50 ildə özünü göstərməyib.Elə isə İranın aparıcı nəşri səngərdə Azərbaycana qarşı müharibə aparan işğalçı ordunun siyasi artilleriya hücumunu həyata keçirən adamların fikirlərini nədən tirajlayır?

Dövlətlər arasında imzalanan müqavilələr və rəsmi tədbirlərdə verilən bəyanatlar əsasında regional münasibətlərin tam məcmusunu vermək mümkün deyil.Sadə dillə desək, beynəlxalq hüquq subyekti olmağa can atan və 90-cı illərin hərbi əməliyyatlarının nəticəsini rəsmiləşdirmək məqsədi güdən Dağlıq Qarabağ rejimi hərbi və siyasi addımlarını dünyadakı azğın maraqların kontekstində qurur.Xankəndində süngünün üzərində əyləşənlər yaxşı bilir ki,kiçik bir adanı heç bir parametr üzrə xarici məkanda cazibədar eləmək mümkün deyil.Transmilli şirkətlərin yan keçdiyi ərazilər siyasi elitalar üçün də çox az önəm kəsb edir.Qarabağ hətta hərbi bazalar vasitəsilə regiona nəzarət eləmək imkanları üçün də yaramır.Çünki artıq bölgənin geopolitik və geoiqtisadi arxitekturası sovetlərin dağılmasından sonra baş verən hərbi toqquşmlarının nəticəsinə uyğunlaşdırılıb. Ona görə də kimsə gəlib 100 milyon dollarlıq investisiyanı Şuşaya qoyub Şimal və Cənuba,yaxud Qərbə gedən yollara nəzarət üçün mühüm dayaqlar formalaşdırmaq fikrinə düşəsi deyil.O üzdən Bako Saakyan və onun mülnhauzenləri üçün yeganə yol,rəsmi Bakının qonşularla uzlaşdıra bilmədiyi məsələlərdə mənafelərini irəli vermək və fürsətcil bir xətti izləməkdir.

Əslində Rusiya amili olan yerdə İran Qarabağa dair böyük planlarını bir qədər fərqli kontekstdə hazırlamağa məcburdur.Yəni,status-kvonun qorunması Tehrana sərfəlidir və nəticədə Azərbaycanın istər tarix,istərsə də cari məqsədlərini çox ustaqlıqla idarə etməyə resurs yaranır.Necə deyərlər, separatizm Qafqazda himayə olunduğu üçün ölkələrin xarici siyasət vektorunu daim asılı vəziyyətdə saxlamağa imkan var.


Doğrudur,İran Masis Mailyanın arzuladığı sərhədləri-yəni,Füzuli bölgəsindən hər hansı əlaqələri ermənilərin üzünə açmağın təhlükəsini yaxşı anlayır.Söhbət regionda silahların gücü ilə sərhədlərin dəyişdirilməsinə legitimlik qazandırmağın bumeranq effekti doğuracagından gedir.Ona görə də “Şərq” qəzetinə verilən müsahibəni İranın planları baxımından izah etmək daha asandır,çünki İrəvanın güddüyü niyyətlər çox da dərin strategiyaya köklənməyib.Yəni,Şuşa məscidini qədim İran mədəniyyətinin tərkib hissəsi kimi restavrasiya etdirmək,təkcə oradan Şimali Azərbaycanın izini itirmir,həm də Rusiya imperiyası ilə İran arasındakı müharibədən sonra əldən verilmiş ərazilərə sahib çıxmaq kimi çox məkrli planların konturuna çevrilir.Tehranın hərbi-siyasi gücü imkan verir ki,kiçik bir ərazi subyektini-Qarabağı öz təsirində saxlamaqla bölgədə aktiv rola iddia etsin və ATƏT Minsk qrupundan kənarda mühüm alternativ müstəvi formalaşdırsın.

Yeri gəlmişkən,Masis Mailyan iranlı ekspertin Dağlıq Qarabağın rəsmi sərhədlərindən kənar əraziləri-yəqin söhbət 7 rayondan gedir- qaytarmağın mümkünlüyü ilə bağlı sualına cavab verərkən,əksinə Azərbaycanın Çaykəndi də daxil 15 faizə yaxın ərazini işğal etdiyini İran cəmiyyətinin diqqətinə çatdırmağa çalışır.Hər halda Qafqazın tarixini yaxşı bilən fars alimləri və siyasətlçiləri üçün belə ağ yalanların təsir gücü olmasa da,xalqın diqqətini İranın onunla sərhədləri birgə qoruyan erməni tanklarını nədən çıxarmaq tələbini ortaya qoymadığına işarə edildiyinə şübhə yoxur.Nəticədə,Minsk qrupu formatına daxil olmağa can atan bir dövlət üçün Qərbin,Türkiyənin, Rusiyanın regiondakı fəaliyyətinə qarşı kontur siyasət yürüdülür. Həqiqətən də son dərəcə mürəkkəb matrisada çox dəqiq hesablanmış planlarla üzə-üzə qalmışıq.

Tehran Qarabağı müstəqil erməni dövləti kimi tanımağı heç zaman gözdən keçirməsə də Xankəndinə gedən yolları nəzarətdə saxlamağın faydasını əla bilir.Ona görə də bütün ipləri əlinə yığaraq,çox rahatlıqla İrəvan-Qarabağ və Bakı arasında manevrlərini davam etdirir.Regionda qlobal miqyaslı tranzit layihələrinin həyata keçirildiyi bir dövrdə İran siyasətçiləri yaxın qonşulara gedən dəhlizləri ot basmağa qoymur.

Qədim Şərqin müdrikləri deyirdilər ki,Allah yolu yaradıb, şeytansa keçidləri..

 

Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33