Modern.az

Avropa Parlamentindən Azərbaycandan sonra Türkiyəyə qarşı TƏXRİBAT

Avropa Parlamentindən Azərbaycandan sonra Türkiyəyə qarşı TƏXRİBAT

Aktual

Bu gün, 17:59

Avropa Parlamenti Azərbaycanla yanaşı bu dəfə Türkiyəyə qarşı təxribata əl atıb.

Modern.az xəbər verir ki, Avropa Parlamenti 1974-cü ildə Kipr hadisələri zamanı cinsi zorakılığa məruz qaldığı bildirilən yunan əsilli şəxslərin xatirəsinə memorialın yaradılmasının maliyyələşdirəcək.

Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayaraq bu qərəzli təşəbbüsün Türkiyə Silahlı Qüvvələrini hədəfə alan siyasi yanaşmanın davamı olduğu adlandırıb.

Ankara 1974-cü ildə keçirilən hərbi əməliyyatı “Kipr Sülh Əməliyyatı” adlandırır və bildirir ki, bu müdaxilə adadakı türk kiprlilərin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyıb. Türkiyə XİN-in rəsmi mövqeyinə görə, Kipr məsələsini yalnız 1974-cü ildən başlamaq düzgün deyil və hadisələrin qiymətləndirilməsi zamanı 1960-cı ildən sonrakı dövrdə adada baş verən qarşıdurmalar da nəzərə alınmalıdır.

Ankara xüsusilə vurğulayır ki, 1974-cü ilin iyulunda baş verən hadisələrdən əvvəl Kiprdə vəziyyət son dərəcə gərgin olub. Türkiyənin mövqeyinə əsasən, həmin dövrdə Yunanıstanın və yunan kiprlilərin adanı Yunanıstana birləşdirmək məqsədi güddüyü bildirilən siyasi və hərbi proseslər türk kiprlilər üçün ciddi təhlükə yaradıb.

Bu baxımdan Türkiyə Xarici İşlər Nazirliyi hesab edir ki, Avropa Parlamentinin yeni təşəbbüsü hadisələrin yalnız bir tərəfini ön plana çıxarır və Kipr məsələsinin mürəkkəb tarixi kontekstini nəzərə almır.

Şimali Kipr Türk Cümhuriyyətinin mövqeyinə görə isə 1974-cü il hadisələrinin qiymətləndirilməsi zamanı həmin ilin iyulunda baş verən çevriliş və ondan əvvəl türk kiprlilərə qarşı törədildiyi bildirilən zorakılıq halları da nəzərə alınmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada