Modern.az

Ərdoğanla Tramp görüşəcək

Ərdoğanla Tramp görüşəcək

Dünya

17 Sentyabr 2026, 17:34

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar Nyu-Yorkda baş tutacaq.

Liderlərin görüşü BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilə bilər.

Qeyd edək ki, sözügedən sessiya sentyabrın 8-dən 28-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir