24 May 2018, 14:59 | Ana Səhifə - Yazılar - Növbədə Qafqaz və…
Növbədə Qafqaz və…

Hidayət Elvüsal

 

Əlbəttə, Orta Asiyadır. Ötən əsrin 90-cı illərində elan olunmuş «NATO-nun Şərqə  doğru genişlənməsi» planında bu regionlar da mühüm yer tutur. Yaxın Şərqin vəziyyəti göz qabağındadır. «Ərəb baharı», «Narıncı inqilab» dedikləri siyasi proseslər əslində hərbi münaqişələrə, vətəndaş qarşıdurmalarına çevrilib və qıpqırmızı qanla boyanıb.

Dünyaya, sahib olduğu şirkətlərdən biri kimi baxan ABŞ-ın hazırkı prezidenti Donald Tramp siyasi liderdən çox, Amerikan kovboyunu xatırladır. BMT-ni heçə sayır, onun qərarlarına uymur. Qüdsün taleyini bir kəlmə ilə həll etmək cəsarəti göstərir, oranı İsrailin paytaxtı elan edir.  Əslində dekorativ quruma çevrilmiş  BMT isə gözünü döyə-döyə qalır.

Bəzən insanda gülüş doğuran, lətifəyə bənzəyən elə siyasi gedişlər baş verir ki, çoxları «İsraili ABŞ yönəldir, yoxsa ABŞ-ı İsrail?!» sualını səsləndirməkdən çəkinmirlər. İsrailin bütün haqsız hərəkətləri məhz ABŞ tərəfindən alqışlanır və müdafiə olunur.

Son günlər baş verən hadisələr pik nöqtəsinə çatdı. ABŞ səfirliyinin Qüdsə köçürülməsi fələstinliləri ayağa qaldırdı. Xalq  daşla-kəsəklə, İrail işğalçıları  tankla, topla, güllə ilə üz-üzə gəldilər. Yenə qanlar axdı. Yerli xalq israillilərin qətliamına məruz qaldı. Onlarla ölü, minlərlə yaralı nə ABŞ-ı, nə də İsraili dayandırmadı. Soyqırım faciəsinə düçar olmuş yəhudilər, fələstinlilərə qarşı soyqırım törətdilər. Məsələ dekorativ BMT-də müzakirəyə çıxarılmaq istənsə də ABŞ təmsilçisi veto qoydu.

Bir də ki, bu BMT deyilən təşkilatı hansı işğalçı sayıb? İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə necə qərarı var? Hansı yerinə yetirilib?

Məsələ bununla bitmir. ABŞ prezidenti İranla bağlı, nüvə məsələləri haqda imzaladığı anlaşmadan geri çəkdi. Bu da  İsrailin arzusu ilə baş verdi. O İsrailin ki, kifayət qədər nüvə silahına malikdir. Amma müsəlman Şərqi onların hədəfindədir.

İranın ən qatı düşməni həm ABŞ, həm də İsraildir. Bu ölkənin düzənini pozmaq üçün əllərindən gələni edirlər. Müharibə variantı da gündəmdədir. Heç şübhəsiz bu müharibə müəyyən radiusda baş verə bilər. Yəni bir neçə Yaxın Şərq dövlətini əhatə edər. Genişlənməsi nə ABŞ-ın, nə də İsrailin xeyrinədir. Amma müharibə  gedişatı, sonu bilinməyən bir məsələdir.

ABŞ daha bir siyasi hiyləgərliyə əl atıb. İndi o, öz əsgərlərini alovun ortasına atmır. «Çayın daşı, çayın quşu» siyasəti yeridir. Yaxın Şərqi silah deposuna çevirib. Müsəlmanlar «bəsdir» deyincə silahlandırılıb. Hər tərəfdə düşmənçilik toxumu səpilib. PKK-nın PUD-nin və digər erməni-kürd terror birləşmələrinin əlində bu gün ən müasir silahlar var. PKK rəhbərliyində kifayət qədər  erməni olduğu hamıya məlumdur. Kürd seperatçılarının da tələbləri bilinir. Deməli, Türkiyə də əsas hədəfdir. Əgər İran tənəzzülə uğrayarsa, heç şübhəsiz növbədə məhz Türkiyədir. Ölkə prezidenti Ərdoğan nəhayət ki, bunu anladı və Rusiya ilə yaxınlaşmağa çalışır.

Bir vaxtlar «Genişləndirilmiş  Yaxın Şərq proyektinin» həmsədri olması ilə öyünən və bunu dönə-dönə qürurla deyən Ərdoğan indi anlayıb ki, o, böyük bir oyunun iştirakçısına çevrilib. Hətta özünə qarşı, Türkiyəyə qarşı hazırlanan iyrənc siyasətin iştirakçısına.

Bəs, daha sonra nə olacaq? Ukrayna və Gürcüstan NATO-nun nəzarətindədir. Məsələ bununla bitmir. Strateji əhəmiyyətə malik  olan Qafqaz və Orta Asiya bütövlükdə NATO-ya «lazımdır». Rusiyanı və Çini sıxışdırmağın planı budur. Gələnə «ağam», gedənə «paşam» deyən ermənilərdən fərqli olaraq, Azərbaycan isə özünün balanslaşdırılmış siyasətinə sadiqdir. Müstəqildir, münaqişələrə qoşulmur, tərəfdaşları və hər bir kəsimlə  normal ünsiyyətdədir.

Orta  Asiyaya gəldikdə - Qazaxıstanın mövqeyi məlumdur. Türkmənistan da enerji ehtiyatlarını kiminləsə bölüşmək istəməz. Digər respublikalar da qəti mövqelərini təyin etməli olacaqlar.

Yaxın Şərqdə  baş verən qanlı hadisələr hamı üçün dərsdir. Bu dərsi mükəmməl oxumaq lazımdır.

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Naxçıvan, İrəvan, Ottava, Paris, Moskva, Ankara, Bakı, Şuşa - Hər şəhərin öz sözü, hər sözün öz şəhəri... 12 May 2021, 12:42 Azərbaycanlı hakim Tokio Olimpiadasında hakimlik edəcək 12 May 2021, 12:27 Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verib 12 May 2021, 12:06 Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub 12 May 2021, 12:03 Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05