Modern.az

Almaniyada dizelin qiyməti rekord həddə çatıb

Almaniyada dizelin qiyməti rekord həddə çatıb

Dünya

Bu gün, 04:44

Almaniyada dizel yanacağının qiyməti tarixi maksimum həddə çatıb.

Modern.az xəbər verir ki, bu barədə DPA agentliyi Ümum Almaniya Avtomobil Klubuna (ADAC) istinadən məlumat yayıb.

Cümə axşamı səhər Almaniyadakı yanacaqdoldurma məntəqələrində dizelin orta qiyməti 1 litr üçün 2,453 avro təşkil edib.

Beləliklə, aprelin 7-də qeydə alınmış əvvəlki rekord yenilənib. Həmin vaxt dizelin qiyməti 2,446 avro olub.

Çərşənbə günü "E10" markalı büdcə benzininin (tərkibində 10%-dək bioetanol var) qiyməti də tarixi rekordunu yeniləyib.

Almaniyada və ümumilikdə Avropada avtomobil yanacağının qiyməti son günlər Babül-Məndəb boğazı ətrafında vəziyyətin gərginləşməsi səbəbindən artıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada