26 İyul 2018, 13:10 | Ana Səhifə - Yazılar - Səs möcüzəsi
Səs möcüzəsi

Mənzərə Sadıqova,

yazıçı-publisist,

filologiya üzrə fəlsəfə doktoru

[email protected]

 

Düşüncələr

 

SƏS – İLAHİ MÖCÜZƏDİR. Gözlə görünmür. Amma obrazı var, rəngi və çaları var,.. tutumu var, çəkisi var... SƏSİN DİLİ YOXDUR, amma DANIŞIR və FİKRİNİ MÜKƏMMƏL İFADƏ EDİR. Ahəngi vasitəsilə məzmununu açıqlayır, lazım olan ilkin  informasiyanı verir. 


SƏS – ağlın və hisslərin ifadə vasitəsi olan SÖZÜN SƏLƏFİDİR, MUSİQİNİN

CANI-QANIDIR, əlifbaların döyünən ürəyi, bəşəriyyətin yazı mədəniyyətinın nüvəsidir.


SƏS – BƏŞƏR ÖVLADINA BƏXŞ OLUNMUŞ ALTERNATİVSİZ SƏRVƏTDİR. Gözəgörünməz olduğu üçün sən ona toxuna bilməzsən. Amma o sənə toxunar. Dəyib keçməklə qalmaz, bəzən dəlib keçər. Gərəkdiyində ruhunu oxşayar, səni göylərə pərvazlandırar.


SƏS – QÜDRƏTDİR. SƏFƏRBƏR ETMƏYƏ GÜCÜ VAR. Səs var döyüşə aparar, zəfər çələngi qazandırar. Səs var ruhuna təcavüz edər, psixikanı pozar. Səsin tonu var, tembri var. İfa(də) tərzi, intonasiyası var. SƏS YANDIRAR da, DONDURAR da. İnsana cəsarət də verər, gözünün odunu alıb onu küncə də qısdırar.


SƏSİN SİQLƏTİ VAR, YER ÜZÜNÜ SÜLHƏ ÇAĞIRAR. Nəvazişi var, süd qoxulu körpəni mışıl-mışıl uyudar. Simfoniyası, cəngisi var səsin. Ellərə haray salar. Milyonlarca insanı ruhlandırar. Və ya ağılları, ürəkləri əsir alıb, oyuncaq kimi oynadar. Duyğuları idarə edər.


SƏS də İNSANLAR KİMİDİR: ACİZİ var, HÖKMLÜSÜ var. QƏTİYYƏTLİSİ-QƏRARSIZI var. ÖLDÜRƏNİ, YAŞADANI var. SƏS HƏYATIN ÖZÜDÜR.


SƏSLƏR YIĞIŞIB SÖZ YARADAR. Sözlərdən cümlələr qurular. Cümlələr fikir ifadə edər. Fikirlərdən mövqelər boylanar. Mövqelərdən ictimai münasibətlər formalaşar.


SƏS BİRLƏŞMƏLƏRİNİN FƏRQLİLİYİ DÜNYAYA DİLLƏRİ ƏRMƏĞAN EDİB. Eyni səslər eyni ahəngdə, amma fərqli kombinasiyada birləşərək bəşər övladı üçün ünsiyyət mədəniyyəti yaradıb, hər xalqa özünəməxsus ünsiyyət vasitəsi verib.


SƏSİN ƏVƏZEDİCİSİ YOXDUR. SÖZÜN VAR – yazı, rəsm, işarələr, videogörüntü, jestlər, əl-ayaq hərəkətləri, mimika, pantomima... Dillər, sözlər tərcüməylə anlaşılar. SƏS TƏRCÜMƏSİZ BƏLLİ EDƏR MAHİYYƏTİNİ. SƏSİN HÖKMÜ SÖZÜN HÖKMÜNDƏN GÜCLÜ OLAR. Çünki səsin duyğuları var, sözə rəng qatar, fərqli-fərqli məna çalarlarına bürüyər onu. Səs ağı da deyər, şənlik də yaradar. Səsin iniltisi qəlblərə od salar. ...Həsrəti, intizarı yaman olar səsin.


TƏBİƏTİN ÖZ SƏSİ VAR: göy gurultusunun, ildırım çaxmasının dili ilə danışar, yağış damcılarıyla Yer üzünə mesajını göndərər, şəlalənin şırıltısıyla ruhu rahatladar, dənizin dalğalarıyla layla çalar, axar suyun sərinliyini ürəklərə səpər, küləyin vıyıltısıyla gücünü göstərər, xəzanın xışıltısıyla intim duyğularını pıçıldayar, yanan ocağın çırtıltısıyla hər sondakı yeni başlanğıcdan xəbər verər...


Təbiət quşların və heyvanların səsiylə insana bu dünyanı necə bölüşməli olduğunu anladar: - “EY BƏŞƏR ÖVLADI, KAİNAT YALNIZ SİZİNKİ DEYİL, BURDA BİZ DƏ VARIQ və... ağılla davranmağı bacarsanız... sizə xidmət etməyə, həyatınızı zənginləşdirməyə hazırıq” fikrini aşılayar.


Yer üzünün əşrəfi olan İNSANIN SƏSİ təbiətdəki bütün səslərin toplamı olaraq ƏN MÜKƏMMƏL MÖCÜZƏDİR.

           

 2 aprel 2009 

DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?