19 Oktyabr 2018, 15:34 | Ana Səhifə - Yazılar - Yusif Kərimov - gənclik simvolu
Yusif Kərimov - gənclik simvolu

HidayəElvüsal


78 yaşı vardı. Amma hələ də gənclik görkəmini itirməmişdi

 

Yusif Kərimov gənclik illərimizin simvollarından biridir. Şəxsən məni “Azərbaycan gəncləri” qəzetində o işə götürmüşdü. Bizi Məmməd Aslan tanış eləmişdi. Və geniş oxucu kütləsi ilə qovuşmağım təxminən yarım milyon tirajla çap olunan bu qəzet vasitəsilə olmuşdu.

O zaman mərkəzi mətbuat sayılan qəzetlər barmaqla sayılırdı. Orada çalışmaq istənilən jurnalistin arzusu idi. “Azərbaycan gəncləri”ndə kimlər vardı? Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Yusif İsmayılov, Şakir Yaqubov… Bu möhtəşəm imzalarla qarşılaşmaq, təmasda olmaq, çalışmaq özgə bir dünya idi.

Redaktorumuz Yusif Kərimov elə ilk baxışdan xoş təsir bağışlayan adamdı. Təmkinliyi, kübarlığı, qayğıkeşliyi ilə seçilirdi. Düşünürəm ki, o zaman qəzetdə ipə-sapa yatmayan qələm sahiblərindən biri elə mən idim. Amma hər dəfə Yusif müəllim səbr göstərirdi. Əlbəttə, Şakir Yaqubovun çılğınlığına dözən adam bunu bacarırdı.

Yusif müəllimin rəhbərlik etdiyi qəzet məni böyük insanlarla görüşdürdü. Mayestro Niyazi, Şəfiqə Axundova, Fikrət Əmirov, Aqşin Əlizadə, Lütfiyar İmanov, Səkinə İsmayılova, Nübar Novruzova, uşaq mahnılarının ifaçısı Hicran Məmmədova, indi xalq artisti adına layiq görülmüş Brilyant Dadaşova, Fəxrəddin Manafov… rejissorlar, yazıçılar, şairlər, ən müxtəlif sənət adamları.

Məsələ bununla bitmirdi. O zaman tənqidi yazıları dərc etmək cəsarət istəyirdi. Yusif Kərimov məhz belə redaktor, qələm sahibi idi.

1986-cı il idi. Ermənilər Dağlıq Qarabağda baş qaldırmışdılar. Moskvada Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması hayların qol-qanadını açmış, çirkin niyyətləri yavaş-yavaş üzə çıxırdı. Yusif müəllim məni Dağlıq Qarabağa ezamiyyətə göndərdi. O zaman Tbilisi prospektindəki İdman Sarayı inşa olunurdu və “Stepanakert” adlanan Ağdərədən üzlük mərmər göndərilirdi. Həmin müəssisəyə Arkadi Manuçarov rəhbərlik edirdi. (Sonradan “KRUNK” adlı separatçı dəstə yaradanlardan biri).

Onunla görüşdüm. Söhbət etdik. Açıq-aydın görünürdü ki, Manuçarov Azərbaycan hökumətinə tabe olmaq istəmir. O, harovun, hadrudun və digər mineral daş ocaqlarının məhsullarını Moskvaya, Leninqrada göndərir (sonradan bütün bunların rüşvət olduğu anlaşıldı).

Manuçarovla söhbətimiz kəskin oldu. Qayıdanda hər şeyi mümkün qədər, yəni o zamankı senzuranın imkan verdiyi səviyyədə yazıb, Yusif müəllimə təqdim etdim. Düzü, gözləyirdim ki, o zaman üçün partlayış yaradacaq belə yazının dərcinə razı olmaz. Amma… yazı dərc olundu (Şakir Yaqubov illər sonra bu yazı barədə ANS-də geniş danışdı).

Yazı dərc olundu, amma təzyiqlər də başlandı. Arkadi Manuçarovun bacısı Aida Manuçarova indiki “Azərbaycan”, o zamankı “Kommunist” nəşriyyatında istehsalat şöbəsinin (!!!) müdiri idi. yəni ilanın quyruğuna basmışdıq.

Və Yusif Kərimov məni bacardığı qədər müdafiə elədi. Bacardığı mümkün olduğu qədər. Amma ermənilər hər yerdə mütəşəkkil idilər. Günlərin birində bir erməni qadının, Aida Manuçarovanın rəfiqəsinin əri məsələni qəti şəkildə qoydu: “Hidayət Elvüsal işdən çıxarılmalıdır”. Səbəb də yox idi. Amma getməli idim. Getdim də.

O zaman Şahmar Əkbərzadə və Şakir Yaqubov daha məsul bir qəzetə “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinə qəbul olunmuşdular. Getdim onların yanına. Kənar müəllif kimi yazılar yazdım. Bütün bunlar Şakir Yaqubovun qayğısı ilə olurdu. Nəhayət, redaktor Ramiz Əhmədov məni Şakirlə birgə qəbul etdi və işə götürdü. Beləcə gənclik nağılı sona çatdı.

Yusif Kərimovla münasibətimiz heç zaman soyumadı. Həmişə görüşürdük və yazılarımı izlədiyini deyirdi. Azərbaycan Mətbuat Şurasında Ahıl Jurnalistlər Cəmiyyətinə rəhbərlik edəndə də unutmurdu. Məzahir Süleymanzadə də, o da qayğı göstərirdi.

Bir söz deyim - bəxtim onda gətirib ki, mənim redaktorlarım Yusif Kərimov, Ramiz Əhmədov, Məzahir Süleymanzadə, Cəmil Əlibəyov və əlbəttə mənəvi redaktor Şakir Yaqubov olub. Mən onları heç vaxt unutmadım və hər birinə sonsuz hörmətim var.

Amma zaman öz işini görür. Ramiz müəllimi, Cəmil müəllimi itirdik. İndi də Yusif müəllimi. Günlərin birində biz də olmayacağıq. Bir az xatirə, bir az kədər, amma…

Böyük bir məktəb qalacaq - “Azərbaycan gəncləri” məktəbi. İndi tanınan, yadda qalan ən məşhur qələm sahiblərinin əksəriyyəti bu məktəbin “məzunlarıdır”.

Dünyasını dəyişənlər nur içində yatsınlar. Sağ qalanlara sağlam, uzun ömür arzulayıram.

Və inanıram ki, Yusif Kərimov, Yusif müəllim nur içində yatır. Yeri behiştlikdir. O ölümə layiq deyil, əlbəttə, amma belə bir əbədi rahatlıq halalıdır. 

 

P.S. Bayaq dedim axı. 78 yaşı vardı. Amma hələ də gənclik görkəmini itirməmişdi.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28 Ermənistanda YOLUXMA 2 Dekabr 2021, 11:22 Şəhid pilot Beyləqanda dəfn edilir - FOTO 2 Dekabr 2021, 11:18 30 il UNESCO-dan rəy gözlədik - Prezidentin köməkçisi 2 Dekabr 2021, 11:13
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?