Modern.az

Filippindəki təbii fəlakətin dəhşətli nəticələru...

Filippindəki təbii fəlakətin dəhşətli nəticələru...

29 Sentyabr 2009, 00:13
Fillipində şənbə günü başlamış sel nəticəsində, paytaxt Manila və ətraf ərazilərə ciddi zərər dəyib, iri miqyaslı dağıntılar əmələ gəlib. Son məlumatlara görə, sel nəticəsində azı 140 adam ölüb, 435 mindən artıq adam daimi yaşayış yerlərini tərk etməyə məcbur olublar. Filipin rəsmilərinin sözlərinə görə, Manilaya gəlmiş xilasediciləri dağıntıların miqyası riqqətə gətirib. Bu arada isə, alimlər bildirib ki, qlobal temperaturun bir nəslin ömür müddəri ərzində 4 dərəcə arta bilməsi ehtimalı güclənməkdədir. Tədqiqat aparan əsas təşkilat, Britaniyadakı "Hadley Centre" bildirib ki, istixana qazları emisiyası nəzarətsiz olmaqda qalsa, 50 ildən də az bir müddətdə temperatur artımı nəticəsində çökəkliklərdə yerləşən ərazilər suyun altında qala bilər. Nəticədə planetin canlı aləmi və bitkilərin təxminən yarısı məhv ola bilər. Bu ssenari gercəkləşərsə, qlobal su təchizatı üçün təhlükə yarana bilər.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...