11Avqust | Ana Səhifə - Yazılar - Atamın gözlərində oxumuşdum: Erbarme dich, mein Gott – Vasif İsmayıl
Atamın gözlərində oxumuşdum: Erbarme dich, mein Gott – Vasif İsmayıl

Vasif İsmayıl


Son günlərdə məşğuliyyətim, yəni öz musiqi zövqüm əsasında sıyahılar tərtib edilməsi məni uzaqlara, uşaqlığıma sıx-sıx götürdü. Mənim musiqi zövqüm atam tərəfimdən sistemli olaraq formalaşdırıb. Atam 3 övladından məndən başqasına bu qədər zəhmət çəkməyib. Qardaşım Sabit bir az dəcəllik sevən biri idi - deyəsən, ondan əlini üzəndən sonra bütün gücünü mənə verdi, bəlkə də mənim özümdə nə isə var imiş.

Atam bizi oturdub klassik musiqi parçaları dinlədərdi. Üç qardaş oturub məcburən dinləyərdik. İşlədiyi məktəbdə də şagirdlərə dərs arasında musiqi dinlədirmiş. Mən bu xasiyyətinə uzun müddət haqq vermirdim. Dərsi niyə bölürsən məntiqi ilə yəni. Amma son 2 ildir özüm tələbələrimə Google üzərindən radioloji şəkillər göstərərək dərs keçirəm və....araya mütləq musiqi sıxışdırıram.

Atam sonradan bizə dinlətdiyi vinil plakları Sumqayıt kitabxanasına bağışladı.

Atamın ən çox sevdiyi bəstəkar Bethoven idi, mən isə elə 7-8 yaşımdan Bax-a vurulmuşdum. Bax repertuarını yaxşı bildiyimi düşünürdüm. Atam bizə Sovet sənayesinin bazara buraxdığı bütün Bax plaklarını dinlətmişdi axı.

Amma yanılmışam.

Türkiyədə urologiya asistentliyində idim. İnternet yeni çıxmışdı. Bir dəfə klassik musiqi aranjmanları dinləyərkən (o zaman youtube zad yox idi, musiqi üçün xüsusi portallarda minlərlə əsərlik arxivləri eşələməli idik) bir əsər ilə qarşılaşdım. Araşdırdım..... Bax-ın Matveyə görə ilham külliyatından imiş. Kantatanın adı isə Erbarme dich, mein Gott. (Bizə rəhm et, Tanrım).

Yayda evə gələrkən bunu atama dedim. “Bizdə var” - dedi.

-Mənə niyə indiyə qədər dinlətmədin...dedim.

Çox söz dedi, amma bu əsərdə ciddi hüzn....hətta adı ilə deyim miskinlik hiss etdiyi üçünmüş.

Həqiqətən, atam miskinliyi sevməzdi.

Mən də miskinliyi sevmirəm. Ayağıma qapanan insan görəndə (nə də olsa cərraham) mən də onunla bərabər çökürəm ki, heç vaxt mənim qurşağımdan aşağı olmasın. Xəstə yalvarmasını o dəqiqə kobud şəkildə kəsirəm - insanın miskin ruh halına düşməsini sevmirəm. Özüm narahat oluram kimisə miskin görəndə.

Amma....içimizdə miskinlik var.

Uşaq vaxtı çox gözəl yalvara bilirdim. Öz də dilim elə uşaqlıqdan iti və yorğadır. Adama ilan dili çıxarmağı yaxşı bacarırdım.

İçimdə də miskinlik var idi. İçin-için ağlamaq nədir çox yaxşı bilirdim. Öz də ən bəsit səbəblərdən ötrü. Bir dəfə bağça müəlliməmiz Səbinə xanım işə gəlməmişdi, bizi başqa tərbiyəçiyə vermişdilər.....buna ağlamışdım. Öz də saatlara cınqırım da çıxmırdı, amma gözümdən yaş sel kimi gəlirdi. Sonradan Səbinə müəllimənin oğlanları sələfilərə qoşuldular. Amma yaxşı ki kiminsə gününü ağlar qoymadılar..... o gün qardaşımla danışırdıq, Suriyaya getmək həvəsində adam olsalar da, sonradan dönüb balaca qardaş.... Bu dönmənin səbəbini mənə başqa sələfi dostum (onları tanımır, eləcə demişdi) belə izah etmişdi....Kiminsə evini əlindən alaraq şəriət qura bilərik, amma xoşbəxt ola bilmərik.

Xoşbəxt....

Nədir, lan, bu xoşbəxtlik?!

Xoşbəxtlik xəstəxanada yatarkən anamı görmək idi. Bir dəfə də haymorit səbəbilə xəstəxanada yatırdım. Anam hər axşam dalımca gəlirdi, mənə qızardılmış toyuq budu gətirirdi - Sovet haqqında danışılanlara baxmayın, hər axşam qızardılmış toyuq budu yemək o zaman xoşbəxtlik idi...siz hələ indiki xoşbəxtliyinizə şıllaq atın.

O gün bir az gecikdi anam.....Bu səfər gözümdən yaş gəlmədi....amma çoooox yalvardım içimdə....çox ağladım.....

İndi artıq əvvəlki kimi ağlamıram....bəzi sözlərimlə bəzilərinin gününü ağladıram.

Din deyilən axmaqlığın kökünü anladığım üçün.

İnsan öz daxilində bəzi təməl hisslərin daşıyıcısıdır.

Birincisi, hər kəs ədalət istəyir.

Amma hər kəsin ədaləti əldə etmək üçün gücü yoxdur axı..... Ona görə də həvalə edirlər....Allaha.... ilahi bir varlıq uydurublar, guya o, hər şeyə nəzarət edir və pxı adamların cəzasını mütləq verəcək.

İkincisi hər kəs sevilmək istəyir.

Bunun çirkini var, ağıldan kəmi var, uğursuzu var, içib-içib gecə ağlayanı var (sitatdır), narkomanı var...- bəzilərini öz doğma anası belə sevə bilmir.

Amma Allah sevir.

İndi kim arzulamaz belə yaradıcını?!

İnsanların bu təməl hissindən və ehtiyacından bəziləri məharətlə istifadə edib varlanmaq və hakimiyyət qurmaq üçün alətə çevirdilər.

İnsanı idarə etmək üçün əvvəl onu miskinləşdirməlisən.

Matveyə görə ilham əsərinin ilk kantatası Tanrıya yaxarışdır.

Rəhmli ol, Tanrım,
Göz yaşlarımla yalvarıram!
Bir bax,
Sənin qabağındaca ürəyimdə
acı yaxarış var.

Atam Rafael Cabbar oğlu İsmayıl 2010-cu ilin 3 Fevral tarixində saat 00.30-da dünyaya gözlərini yumdu. Yasin-i biz oxuya bilmədik, qonşumuz Güləndam xalanın oğlu Elsevəri çağırdıq.

Can verərkən atam məni görmək istədi - mən uzaqda idim. Gəlib çatdım. Artıq danışa bilmirdi. Tez-tez nəfəs aldığı üçün dodaqlarını birləşdirib söz deyə bilmirdi. Eləcə mənim boynumu qucaqlayıb öpməyə çalışırdı.

O zaman atamın gözlərində oxumuşdum.....

Erbarme dich, mein Gott!

Amma atam Tanrıya yalvarmırdı....mənə baxırdı....ondan əvvəl ailəsini mənə tapşırmışdı - daha çox yaşayarsan deyə biz də gülüşmüşdük....

Bir az əvvəl Gülnarə xanım Erbarme dich, mein Gott əsəri də ən bəyəndiyim 100 akademik musiqi əsəri arasında olmalı idi deyəndə bunu xatırladım.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Zığ-Hövsan yolu yenidən qurulacaq 10 Avqust 2020, 12:34 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 12:32 Putin Lukaşenkonu TƏBRİK ETDİ 10 Avqust 2020, 12:31 Rüşvətxorluqda ittiham olunan generalın həbsdən buraxılması TƏSDİQLƏNDİ 10 Avqust 2020, 12:22 Koronavirusdan qorunmaq üçün 1,5 milyon dollara maska SİFARİŞ ETDİ 10 Avqust 2020, 12:20 Lukaşenkonu ilk o təbrik etdi 10 Avqust 2020, 12:15 Azərbaycanda general-leytenant vəfat edib 10 Avqust 2020, 12:04 Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ 10 Avqust 2020, 11:57 Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır 10 Avqust 2020, 11:52 Ceyhun Bayramov XİN rəhbəri kimi ilk səfərini bu ölkəyə edəcək 10 Avqust 2020, 11:46 Karantini pozan daha bir kafenin sahibi və müştərilər cərimələnib 10 Avqust 2020, 11:43 Bakıda polis əməkdaşı bıçaqlandı – cinayət işi açıldı 10 Avqust 2020, 11:23 Ermənistanda 1 gündə 23 nəfər virusa yoluxub 10 Avqust 2020, 11:15 DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı 10 Avqust 2020, 11:11 Xocalı aeroprotundan Livana təyyarə uçub? 10 Avqust 2020, 11:08 Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir 10 Avqust 2020, 11:00 Koronavirusa görə vaxtından əvvəl azadlığa buraxılan məhkumların SAYI 10 Avqust 2020, 10:52 Xəzərdə suyun səviyyəsi azalıb 10 Avqust 2020, 10:49 Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI 10 Avqust 2020, 10:47 Təhsil Nazirliyi imtahanlarla bağlı yeniliyi açıqladı 10 Avqust 2020, 10:34 Havanı çirkləndirən sexin sahibi 2500 manat cərimələndi 10 Avqust 2020, 10:30 Dəhşətli daşqınlar 60-dan çox can aldı 10 Avqust 2020, 10:22 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb 10 Avqust 2020, 10:18 2500 avtomobil postlardan GERİ QAYTARILIB 10 Avqust 2020, 09:53 Polis 3 tondan artıq narkotik vasitəni yandırdı 10 Avqust 2020, 09:48 Ermənistan ordusu Tovuz və Gədəbəyi atəşə tutdu 10 Avqust 2020, 09:45 Belarusda iğtişaşlarla bağlı cinayət işi açıldı 10 Avqust 2020, 09:41 Azərbaycan banklarında dollar bu qiymətə satılacaq - MƏZƏNNƏ 10 Avqust 2020, 09:34 FHN Kürdə batan şəxsin axtarışlarına başladı 10 Avqust 2020, 09:22 Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR 10 Avqust 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb 10 Avqust 2020, 08:59 “Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin” deyənlər... 10 Avqust 2020, 08:47 Abayın “Qara söz”ü... 10 Avqust 2020, 08:42 “Aprel döyüşü”nün müzəffər əsgəri... Koronavirusla mübarizə aparır 10 Avqust 2020, 08:37 Yaddan çıxmış sənətkarlar: Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun faciəvi ÖLÜMÜ - FOTOLAR 10 Avqust 2020, 08:22