13 Oktyabr 2019, 10:18 | Ana Səhifə - Yazılar - İlham Əliyev Azərbaycanı bütün auditoriyalarda güclü təqdim edir
İlham Əliyev Azərbaycanı bütün auditoriyalarda güclü təqdim edir

Elman Babayev


Bu, bütün nəsillərin vətən davası təbliğatına qoşulması üçün gözəl bir örnək yaradır

 

Prezident İlham Əliyevin beynəlxalq müstəvilərdə heç kimdən, heç nədən çəkinmədən sistemli şəkildə nümayiş etdirdiyi cəsarət notlu çılpaqlıq, Azərbaycan sevgisi, ifrat  vətən təəssübkeşliyi xaricdə Azərbaycanı bütün auditoriyalarda güclü təqdim etməklə yanaşı, ölkənin daxilində də yaşından asılı olmayaraq bütün nəsillərin vətən davası təbliğatına qoşulması üçün gözəl bir örnək yaradır. 


Ölkə başçısı bu dəfə Türkmənistanın paytaxtı Aşqabad şəhərində öz cəsarətli çıxışı ilə diqqət cəlb edib. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında böyük ustalıqla Ermənistanın əsl mahiyyətini ortaya qoyan bəyanat səsləndirib.  

 

Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti olub. Prezident İlham Əliyev mövzu ilə bağlı çıxışında diqqəti Ermənistanda əvvəlki hakimiyyətin dövründə Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəlin qoyulmasına diqqət çəkib. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.  

 

“2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur” – deyən İlham Əliyev Ermənistanın baş nazirinin cavab nitqinə tutarlı cavab verib:

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”.

 

Qeyd edək ki, bu, İlham Əliyevin son 1 həftə ərzində Ermənistanın baş nazirinə verdiyi ikinci tutarlı cavabdır. İlham Əliyev oktyabrın 4-də nüfuzlu “Valday” Beynəlxalq Diskussiya Klubu XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bildirib: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

İlham Əliyevin Paşinyanı yerində oturtmaq cəsarəti, hünəri təkcə haqlı olmaqla bağlı deyil. Bu, Azərbaycanın güclü dövlətə çevrilməsi, hər an hərbi yolla öz torpaqlarını işğaldan azad etmək iqtidarında olmasından irəli gəlir;

 

-      İlham Əliyev dünyanın ən güclü 50 ordusu sırasında yer alan ordunun Ali Baş Komandanıdır;

 

-  İlham Əliyev Azərbaycanı güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malik və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdıran layiqli siyasi varis, liderdir;

 

-       İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirib və ölkəmizin yaxın gələcəkdə mövqelərinin güclənəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar var.

 

Qarşısındakı isə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistandır. İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin doğurduğu bu reallıq Dağlıq Qarabağ münaqişəsinin həllinə əlverişli zəmin doğurub. Yaranan bu vəziyyət münaqişənin yaxın gələcəkdə Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağını qaçılmaz edir.

 

İşğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirən Azərbaycan bu təcrid siyasətinin işğal altında olan torpaqlar geri qayıdana qədər  qüvvədə olacağını bəyan edib. Məhz bu təcrid siyasəti işğalçı ölkənin siyasi və iqtisadi sisteminin çökməsinə gətirib çıxarıb.

 

Ermənistanın yeni rəhbərliyinin isə yaranmış regional vəziyyəti düzgün dəyərləndirməkdən başqa çarəsi qalmır. Bunun əksi Ermənistanın yeni hakimiyyətinə yaxşı heç nə vəd etmir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Daha 26 fələstinli öldü, 600 nəfərdən çox yaralandı - İsrail bombardmanı 15 May 2021, 01:00 “Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı 15 May 2021, 00:52 Qaragöl ətrafında vəziyyət qəlizləşir TƏHLİL 15 May 2021, 00:43 Türkiyə öz sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər 15 May 2021, 00:39 Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55