Modern.az

Kipr rusiyalı diplomatları ölkədən çıxarıb

Kipr rusiyalı diplomatları ölkədən çıxarıb

Dünya

Bu gün, 23:33

Kipr casusluq şübhəsi ilə iki rusiyalı diplomatı ölkədən deportasiya edib.

Modern.az xəbər verir ki, bu barədə ANT1 telekanalı məlumat yayıb. 

Kiprin xüsusi xidmət orqanları ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı məxfi məlumatları, eləcə də Avropa sanksiyaları çərçivəsində Rusiyaya ixracı qadağan edilən texnologiyalara çıxış əldə etməyə çalışan şəbəkəni üzə çıxarıb.

Diplomatlar ötən həftə Kipri tərk ediblər. Onların Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilindiyi bildirilir. İddialara görə, diplomatlar məxfi məlumatlara çıxışı olan Kipr vətəndaşları ilə əlaqə saxlayıblar.

ANT1-in məlumatına əsasən, casusluq fəaliyyəti Kiprin Avropa İttifaqı Şurasına altı aylıq sədrliyi dövründə də həyata keçirilib. Kiprin sədrliyi yanvarın 1-də başlayıb və iyunun 30-da başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə