Sabah paytaxtın Xəzər rayonunda qaz olmayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan bağlar yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.