Modern.az

Azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu

Azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu

Hadisə

Bu gün, 19:34

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində silahlı insident baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.

Hadisə iş adamı azyaşlı övladları ilə birlikdə evə qayıdarkən baş verib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Silahlı hücumun maliyyə mübahisəsi zəminində baş verdiyi ehtimal edilir.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.

Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə