15 Oktyabr 2019, 15:35 | Ana Səhifə - Yazılar - Azərbaycanı çətin sınaqlardan çıxarmağı bacaran LİDER
Azərbaycanı çətin sınaqlardan çıxarmağı bacaran LİDER

Elman Babayev


İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 16 il ötür (15 oktyabr 2003-cü il).  Bu dövrdə ulu öndər Heydər Əliyevin inkişaf yoluna çıxararaq qoyub getdiyi dövləti İlham Əliyev təkcə qoruyub saxlamadı, onu daha da inkişaf etdirməyi bacardı. Azərbaycan fantastik dərəcədə böyümək, müasirləşmək imkanı qazandı,  ölkəmizin dünyaya inteqrasiyası qarşısıalınmaz bir sürətlə getdi və bütün bu uğurlarda İlham Əliyevin imzası var.


Prezident İlham Əliyev Azərbaycanı investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan  ölkədən, müxtəlif növlü mal ixracatçısına çevirdi. Azərbaycan qısa müddətdə  qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatdı.

İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycanın çətin durumlarla üzləşdiyi kifayət qədər məqamlar oldu. Lakin İlham Əliyev bu sınaqlardan Azərbaycanın daha da güclənərək çıxmasını bacardı.

 

Bu dövrdə Azərbaycan nələrə nail olub?

 

  • Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Ümumi daxili məhsul 3,4 dəfə artıb, ölkə iqtisadiyyatına son 250 milyard dollardan çox sərmayə qoyulub;

 

  • Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyəyə enib və bu, ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, Azərbaycan istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilər;

 

  • ölkədə 2,2 milyondan çox yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Əhalinin artımı fonunda işsizlik səviyyəsinin artımı qeydə alınmayıb. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib;

 

  •       orta aylıq əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artırılıb;

 

  •      ümumilikdə bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Eyni zamanda, müharibə əlillərinə 6521 minik avtomobili verilib;

 

  • qaçqın və məcburi köçkün ailələri üçün 104 qəsəbə salınıb və 300 mindən çox məcburi köçkün mənzillə təmin olunub;

 

  • Azərbaycanda 3200 məktəb tikilərək istifadəyə verilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib;

 

  • Azərbaycanda 640-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib;

 

  • Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb və ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır;

 

  • Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə hazırda 49 milyard dollar səviyyəsindədir;

 

  • Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerdədir. Forumun 2017-ci il üzrə “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib;

 

  • “Doing Business” hesabatında ölkəmiz 25-ci yerə yüksəlib və Azərbaycan 10 ən islahatçı ölkələr siyahısına daxil olub;

 

  • 2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilib və 2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin - “Azerspace-1”-in orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmaqla yanaşı, Azərbaycanı kosmik ölkələr sırasına daxil edib. 2014-cü ildə Azərbaycan ikinci müşahidə peykinə sahib olub, bu peyk - “Azersky” ölkəmizə təhvil verilib. Bu il sentyabrın 26-da isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb;

 

  • Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır;

 

  • Azərbaycanda 7 beynəlxalq hava limanı yaradılıb;

 

  • respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib;

 

  •      qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb;

 

  • Azərbaycan vətəndaşlarının  fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb;

 

  • ötən 16 ildə 31 yeni elektrik stansiyası tikilib, 2500 meqavatlıq yeni güclər yaradılıb.

 

 

Bu gün İlham Əliyev hakimiyyətində xalqın etimadından doğan arxayınlaşma yoxdur. Ölkədə bütün sahələrdə islahatlar davam edir. Yeni iqtisadi modelə keçid, bütün sosial məsələlərin həllinə nail olmaq, şəffaflığı tam təmin etmək, əsas diqqəti vətəndaşların güzəranının yaxşılaşmasına yönəltmək başlıca məqsədlər sırasındadır.

İlham Əliyev yeni islahatları davam etdirmək, həllini gözləyən problemləri tam cözmək əzmində olduğunu sübuta yetirməkdədir.

İlham Əliyevin siyasi iradəsi Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsinin öz hədəflərinə çatana qədər irəliləcəyinə tam əminlik yaradır.

Ən vacib olan amil isə xalqın İlham Əliyevə olan inamı, dəstəyidir. Bütün xarici və daxili müdaxilələrə, qurulan planlara rəğmən İlham Əliyevə, eləcə də onun həyata keçirdiyi siyasətə alternativ yoxdur. Xalq çözümünü gözləyən bir sıra problemlərin həllinin tək ünvanı kimi məhz ONU görür. Yeni dönəmdə verilən qərarlar, başladılan islahatlar isə bu gözləntinin boşuna olmadığını göstərir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Daha 26 fələstinli öldü, 600 nəfərdən çox yaralandı - İsrail bombardmanı 15 May 2021, 01:00 “Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı 15 May 2021, 00:52 Qaragöl ətrafında vəziyyət qəlizləşir TƏHLİL 15 May 2021, 00:43 Türkiyə öz sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər 15 May 2021, 00:39 Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55