15 İyul 2020, 16:58 | Ana Səhifə - Yazılar - İndi 1990-cı illərin əvvəlləri deyil ki...
İndi 1990-cı illərin əvvəlləri deyil ki...

Elman Babayev

Arzuolunmaz xaotik təşəbbüslər dövlətimizə zərbə vurmaq niyyəti güdür


Öncə o məsələyə aydınlıq gətirək ki, iyulun 14-15-də gecə saatlarında keçirilən aksiyanın məqsədi nə idi? Bu spontan aksiya nəyin göstəricisi idi?

Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya, ilk növbədə cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, bu millət torpaq milli məsələsində bölünmür, əksinə bir yumruq kimi dövlətinin ətrafında birləşə bilir. Nümayiş etdirdi ki, xalq torpaq məsələsində heç nəyə güzəştə getməyəcək, qəhrəmanlıqlara imza atan Ordusunun arxasında bir nəfər kimi dayanıb...
Aksiyanın niyyəti də qürurverici idi; vətənpərvərlik, səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti və s.


Bəli, orduya dəstək hər bir vətəndaşın borcu, ən ümdə vəzifəsidir. Xüsusilə, indiki məqamda. Ona görə də bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi başadüşüləndir.


Son aksiyaya hakimiyyətin yanaşması da fərqli deyildi. Aksiyaya polis hər hansı müdaxilə etmirdi. Baxmayaraq ki, ölkə sərt karantin rejimində yaşayır. Pandemiyanın yayılması tempi azalmayıb. Ölkədə kütləvi aksiyalar qadağan edilib. Fəqət vətənpərvərlik, ordu ilə bir yerdə olmaq kimi ülvi hisslərə görə bütün qayda pozuntilarına göz yumuldu.


Sonra baş verənlər isə artıq hamımıza məlumdur. Aksiyanın gedişatı arzuolunmaz istiqamət aldı. Kütləvi tədbir üçün yaradılmış münbit şəraitdən sui-istifadə hallarına yol verildi. Öncə prosesə siyasi məzmun verməyə, ardınca onu nəzarətdən çıxartmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Paralel olaraq, məlum sosial şəbəkə səhifələri hərəkətə gətirildi. Bu səhifələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə həqiqiətə uyğun olmayan informasiyalar dövriyyəyə buraxıldı.
Nəticə isə göz önündədir...


Düşmənlə sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması təkcə qanunlaramı ziddir? Bu, ilk növbədə son döyüşlərdə şəhid olan hərbiçilərimizin ruhuna hörmətsizlikdir!


Qısası, ölkədə 1990-cı illərin rüzgarlarını əsdirməyə cəhd edildi. Həmin dövrdə yaşanan gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaddaşlara əbədi həkk olunub. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir; hər bir şeyi, dövlətinin torpaq məsələsində güzəştsiz mövqeyini, bu mövqeyi tamamlayan addımları aydın görür. Bu səbəbdən də bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri heç bir halda baş tutmayacaq.


Bəli, Azərbaycan indi olduqca güclü dövlətə çevrilib. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək,əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real ifadəsidir.


Azərbaycan indiki məqama xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına gəlib çatıb. Bu uğurları hər vəchlə qorumaq, inkişaf etdirmək və istənilən pozuculuğa qarşı mövqeyimizi nümayiş etdirmək hər birimizin vətəndaşlıq görəvidir.


Doğma Azərbaycanımızın növbəti tarixi sınaq qarşısında üzüağ çıxması üçün bir olmalıyıq! Həm pandemiya ilə mübarizədə, həm də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək yolundan sapmamalıyıq! Hazırda bizə bütün səylərimizi səfərbər etmək vacibdir; hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamağa töhfə verməliyik!


İndi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətinə əl atsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Heç kim şübhə etmir ki, əlverişli məqamda bu, mütləq baş verəcək...


Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha isbat edir.

 

Belə bir şəraitdə arzuolunmaz xaotik təşəbbüslər yalnız və yalnız dövlətimizə zərbə vurmaq niyyəti güdür. Bu addımlar düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bunu görmək üçün düşmən mətbuatın son aksiyaya yanaşmasını izləmək kifayətdir.


Güzlü ordumuzun öz missiyasını şərəflə yerinə yetirməsinə baxmayaraq, silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Çünki bu, düşmənin əlinə oynamaqdan başqa heç nəyə yaramayacaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qafqazda uzunmüddətli sülh üçün yeni fürsətlər yaranır - Çavuşoğlu 2 Dekabr 2021, 14:33 ATƏT PA sədri Ermənistan və Azərbaycana çağırış etdi 2 Dekabr 2021, 14:28 “SOCAR Petroleum”da yeni baş direktor TƏYİNATI 2 Dekabr 2021, 14:22 Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı 2 Dekabr 2021, 14:17 Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 “Bayraktar”lar havaya qaldırıldı - VİDEO 2 Dekabr 2021, 14:06 Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayı AÇIQLANDI 2 Dekabr 2021, 14:00 Narkokuryerə hökm oxundu 2 Dekabr 2021, 13:55 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?