Modern.az

25 ölkənin mədəniyyət naziri Bakıdadır

25 ölkənin mədəniyyət naziri Bakıdadır

12 Oktyabr 2009, 19:25

Oktyabrın 13-də Bakıdakı "Gülüstan" sarayında İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransı öz işinə başlayacaq.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, konfransda Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri-Prezidentin müşaviri, Oman Respublikasının kral ailəsinin üzvü, mədəniyyət naziri-şahzadə, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri,  bir sıra Universitet və Akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edəcək. Konfransın işındə 45-dən çox dövlətdən 200-dən çox iştirakçı olmaqla 25 nazir səviyyəli qonaq, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.
Konfrans oktyabrın 15-də başa çatacaq


Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?