2 Dekabr 2020, 10:34 | Ana Səhifə - Yazılar - Qarabağ müharibəsi... revanş olmayacaq
Qarabağ müharibəsi... revanş olmayacaq

Qəzənfər Həmidoğlu

30 illik savaşın sonu: ermənidə nə şans qaldı, nə resurs...


"Hər hansı müharibə ilk 30 günü ərzində populyar olur". Amerikanın görkəmli tarixçi-intellektualı Artur Meyer Şlezinger belə hesab edirdi.


Müharibə fəlsəfi və siyasi aspektləri ilə əcaib fenomendir. Salvador Dalinin "Hərbin üzü" (isp. La Cara de la Guerra) adlı məşhur rəsmi var. Dəhşətin tablosudur: ölü kəlləsi, kəllənin göz və ağız boşluqlarında kəllələr, onlarında içində də kəllələr...


Artur Nevill Çemberlen insan faktoru baxımdan hesab edirdi ki, "müharibədə qaliblər yox, yalnız məğlublar olur". Maraqlıdır ki, İkinci Dünya müharibəsi Çemberlen Böyük Britaniyanın baş naziri (1937-1940) olarkən başlamışdı, tarixin ən qanlı hərbinə aparan yolun Hitler və Stalinlə yanaşı, London da iştirakçısı idi...


Səngərin, cəbhənin hansı tərəfində - udan, yoxsa uduzan tərəfdə olmaq təbii ki, önəmlidir, daha vacib və güclü şərt isə qan-can itkisində ruhən ölməməkdir. Ruhun qırıldısa, savaş bitdi.


Corc Oruellin qəribə tezisi var: "Müharibəni daha tez bitirməyin yolu - onu uduzmaqdır"...


30 il əvvəl hərbi biz başlatmadıq, 26 il sülhə ümid bağladıq. Amma milli düşüncədə müharibəni bitirmədik. Biz ədalət naminə savaş apardıq, tökülən qanın məsuliyyəti birbaşa Ermənistanın, havadarlarının, beynəlxalq vasitəçilərin üzərindədir.


Şlezingerin tezisinə rəğmən, İkinci Qarabağ müharibəsi 44 günə populyarlığını tükətmədi. Azərbaycan insanı və əsgəri dünyaya əzmini-gücünü göstərdi.


2020-ci il müharibəsi və 44 günlük hərb ilk gündən ümummilli anlam daşıdi: Vətənin bir parçasını xilas etməli, milli-mənəvi dəyərimizi - qürurumuzu dirçətməli idik.


Bu fonda İkinci Qarabağ savaşı Vətən müharibəsinə çevrildi. Belə yüksək statusu xalq verir, siyasətə-ideologiyaya ehtiyac hiss etmədən...


Müharibə nəticəsi baxımından elədir ki, ya sən (cəmiyyət) ondan keçirsən, ya da o, səndən keçir. 1991-1993-cü illərdə müharibə bizdən keçdi, çox şeyimizi aldı-apardı, viran qoydu.


2020-ci ilin payızında bu dəfə biz müharibədən keçdik, itirdiklərimizi qaytardıq, düşməni viran etdik...


Amma Birinci Qarabağ müharibəsinin fəlakətində ruhumuz ölmədi, inamımız qırılmadı. Dedik ki, "döyüşü uduzduq, müharibəni mütləq udarıq".


Və udduq, 30 illik savaşı bitirdik. Bəzi detallar qaldı, amma onlar artıq siyasətin problemidir, gec-tez Xankəndi, Xocalı və s. məsələlər yerbəyer olacaq, rus faktoruna da çarə tapılacaq.


Ermənini tanıyırıq, revanşa cəhd və ümidləri davam edəcək. Amma Azərbaycan XX əsrin 20-ci və 90-cı illərdəki Azərbaycan deyil, tarixdən dərslərini alıb, revanşa imkan verməməlidir. Geosiyasi güclərin maşa kimi istifadə etdikləri İrəvanın indilik revanş üçün resursları yoxdur.


Regiondakı geosiyasi tendensiyalar ondan xəbər verir ki, Rusiya Cənubi Qafqazdan sıxışdırılsa, Ermənistan qonşularından asılı dövlətə çevriləcək.


Ermənistan prezidentinin keçmiş baş müşaviri Jirayr Liparityan öz xalqının taleyinə, şansına belə diaqnoz qoyur: "Nə deyilməsindən asılı olmayaraq, biz tarixən məğlub olmağa öyrəşmişik və qələbələrə həsrətik".


Təbii ki, erməni yenə peşmandır: "Hətta Birinci Qarabağ müharibəsindəki qələbəmizi də məğlubiyyətə çevirə bildik. Biz arzularımız, mümkünsüz olan istəklərin ardınca getdik və əldə saxlaya biləcəyimiz şeyləri də itirdik”.


Ermənilərin bu ruh halı ilə nəinki yaxın, ortamüddətli perspektiv üçün də revanş şansı sıfıra yaxın görünür. Amma tale bizə elə "xortlanan və 
xortladılan" qonşu bəxş edib ki, başımızın çarəsi üçün uzaq perspektivi də proqnozlaşdırmalı, plan-proqram hazırlamalıylq.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda universitetlərlə bağlı SORĞU keçirilir 18 May 2021, 11:41 Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır 18 May 2021, 11:38 Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı istifadəyə tam hazırdı 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00 ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır 18 May 2021, 08:55 Qadağalarla bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat açıqladı 18 May 2021, 08:44