19 Oktyabr 2021, Çərşənbə axşamı
19 Sentyabr 2016, 11:43 | Ana Səhifə - Yazılar - Sosial karvanın aciz sarvanı olmaq...
Sosial karvanın aciz sarvanı olmaq...

Vəfa Allahverdiyeva


Siyasi prosesləri bir qədər hərəkətli edib, lakin onu qızışdıra bilməyən 26 sentyabr referendumu bu hadisəyə əhəmiyyətli təsir gücü olmayan  etiraz aksiyaları ilə təpki alır.

Ən son kütləvi aksiya ilə aradakı böyük fasilə müxalif mübarizənin dirənməkdən çəkinməyən kəsiminin yeni dönəmdə ortaya hansı keyfiyyətdə, necə bir narazılar statistikası ilə çıxacağına ilgi yaratmırdı. Çünki hər şey aydın idi: siyasi sferada tərəzinin gözü çoxdan tarazlı vəziyyətdə deyil; müxalifət əyilmiş formasında heç bir tutarlı dəyişilmə yaratmayıb.

Sadəcə, Milli Şuranın  iki, Müsavatın birinci  mitinqinin üzərinə yönələn çarpıcı diqqət  müxalifəti təmsil edən insanların bir neçə səfirlikdə müzakirələr aparması bilgisinin ictimailəşməsi əsasında formalaşdı.

Axı həmişə belə olub: xarici dövlətlərin təmsilçi korpusları ilə əlaqələr sonda fərqli kütləvi aksiya qərarları ilə nəticələnib və onun bir qədər izdihamlı xarakter almasının arxasından beynəlxalq kisələrdən ehtimallanan  maddi stimul öz boyunu göstərməyə başlayıb.

Qərb sifarişinin bu dəfə bacarmadığı amil siyasi qüvvələri hakimiyyətin əleyhinə vahid mübarizə mərkəzindən yönəltməmək oldu.  Təqvimin dalbadal günlərində ayrı-ayrılıqda kütləvi aksiya təyini bunu ifadə edirdi və iki qanad arasındakı rəqabət, qüvvələr nisbətini təftiş marağı aydın nəzərə çarpırdı. Bu, eyni zamanda hər iki müxalif qanadın müxtəlif kanalların tezisləri ilə hərəkətinə bir şübhə verirdi.       

Bunlar müxalifətin qüruruna toxuna bilən ittihamlar deyil, çünki iddia edilən fakt yalan  və şər olduğu halda qüruru aşağılamış olur.

Alternativ cinah babat bir mitinqi təşkil etmək gücünü başqa mənbələrdən alarkən, bütün məlumatların üzərindən sirr pərdəsinin qalxa biləcəyini hesablayır; əgər ona hakimiyyətə təzyiq, narazıları idarə etmək, öz varlığını qoruyub saxlamaq üçün dəstək gəlirsə, o, bu dəstəyi ikiəlli tutmağı təmiz adla yerində oturmaqdan daha qiymətli hesab edir.

Faktiki zəif siyasi qüvvələrin bəsit aksiyası necə şərh edilməsindən  asılı olmayaraq sosial şəbəkələrdə, mediada müzakirələrdə  dayanırsa, bu, “uğur”u onlara beynəlxalq təşkilatlardan savayı heç bir ünvan, heç bir amil verə bilməzdi.

Burada əsas marağı Qərb qurumlarının, bu missiyanın nəyə nail olmaq istəməsi, hansı tezislərlə müxalifəti önə itələməsi, necə bir sosial dayaq axtarıb tapması yaradır.

Hakimiyyəti müxalifətlə bağlı narazı salan da onun mübarizə istəyinin kənar mənbələrdən qidalanmasıdır. Çünki kənar mənbələr dünyanın bir çox yerində dərin fəlakət rişələri atmaqla, insanlıq üçün saysız bəlaların səbəbinə çevrilir.      

Məsələnin başlıca hissəsinə gəldikdə, təbii ki, siyasi fırtına yaratmaq istəyənlərin siyasi təmənnası xalq tərəfindən qarşılıq almağa yaxın deyil. Böyük dvidenti kütləvi etirazlar yarada bilər. Referendum və günün daha bir aktual mövzusu- sosial problemlərə kütləvi demarş üslubunun seçilməməsi müxalifəti və beynəlxalq çevrələri  dilxor edəcək nəticələr verir.       

Əslində müxalifət referendumu pozmağı hədəfə çevirmir. Bunun üçün hakimiyyətin özü boyda imkan və qüvvə sahibi olmalısan. Əgər onun belə bir potensialı olsaydı, aksiyaya inzibati razılıq min bir irad və bəhanələrlə etirazdan keçərdi. Hətta 10 mindən aşağı say hakimiyyətin özünün xeyrinədir, çıxdığı yolda rahatca addımlamasına arxayınlıq yaradır. Halbuki bu mitinqlərdə 10 min adam siyasi qüvvələrin səsinin tonuna, qərarlarının çəkisinə  cilovlanması mümkünsüz  bir çılğınlıq qatardı.   

Devalivasiyanın əmələ gətirdiyi sosial ağırlığa rəğmən, ortada müxalifətin nəfinə işləyən belə bir durum yoxdur. Xalq öz düşüncələrinə qısılıb qalırsa, mitinq fəaliyyəti, buradakı zəif emosionallıq xoru alternativ düşərgənin özü üçün də heç bir məna daşıya bilmir. Çünki qeyri-kütləvilik xarici mənbələrdən maddi stimullaşmanı zəiflədir.    

Referendum prosesini pozmağın mümkünsüzlüyündə ortaya düşməyin mənası odur ki,  daxildə kiminsə adamı ola bilmirsənsə, xaricdə kiminsə adamı olmağı bacarıb, yaşamaq uğrunda ağır mücadiləni qazanasan. Heç bir real iş yeri, gəlir yeri olmayan müxalifətin haqqında başqa cür düşünmək mümkün də deyil.

Bu mənada müxalifətə sərf edir, hakimiyyəti daim tənqid edən, ondan narazı düşən beynəlxalq təşkilatlar hər zaman deyingən və radikal  olsun. Beynəlxalq aləmə də gərəkdir ki, Azərbaycanda stavka edə biləcəyi, yaxud, qızışdıra biləcəyi cəsur narazılar, onların güclü siyasi lokamotivi mövcud olsun.   

Real vəziyyət isə onu göstərir ki, sosial karvanı hədəfə çəkib apara bilən siyasi sarvanlar yoxdur. İndi Azərbaycanda pasionar insanlar böyük kəmiyyət təşkil etmir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Formula 1 Bakıda gələn il bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06