Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Azərbaycana səfərə gəlib.
Modern.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı keçiriləcək.
“Bakıya yenicə çatdım. Bu gün Estoniyanın Azərbaycandakı səfirliyini rəsmi olaraq açırıq. Bu, iki ölkə arasında inkişaf edən əlaqələri əks etdirən mühüm mərhələdir.
Müxtəlif istiqamətlər üzrə əməkdaşlığımızın dərinləşdirilməsi, regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərini müzakirə etmək üçün Prezident İlham Əliyev və həmkarım, xarici işlər naziri Ceyhun Bayramovla görüşləri səbirsizliklə gözləyirəm”, – nazir qeyd edib.