Modern.az

“İrana saziş üçün şans veririk, qələbə çox yaxındır” - Tramp

“İrana saziş üçün şans veririk, qələbə çox yaxındır” - Tramp

Dünya

Bu gün, 08:56

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehran üzərində qələbəyə yaxın olduğunu bildirərək, İrana razılaşma əldə etmək imkanı verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə Şükranlıq Günü münasibətilə amerikalı hərbçilərlə görüşü zamanı danışıb.

“Qələbə artıq yaxındır. Açığını desəm, bu, mən istədiyim vaxt baş verəcək”, – deyə ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, Ağ Ev İranla danışıqlar aparmaq üçün hələ də imkan təklif edir.

“Biz nəzakətli davranmağa çalışırıq. Onlara razılaşma əldə etmək və çoxsaylı insanın həyatını xilas etmək üçün bütün imkanları veririk. Lakin onların bundan istifadə edəcəyinə əmin deyiləm”, – deyə Donald Tramp qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstanda qarşıdurma! Türklər döyüldü, yaralılar var