Modern.az

Rusiyadakı yanğında ölənlərin sayı artıb

Rusiyadakı yanğında ölənlərin sayı artıb

Dünya

24 Aprel 2022, 23:59

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Dağıntılar arasından daha 6 cəsəd çıxarılıb. Bununla da yanğında ölənlərin sayı 17 nəfərə çatıb.

 

Qeyd edək ki, aprelin 21-də baş verən yanğın zamanı 2500 kvadrat metr ərazi yanıb. Xilasedicilər 98 nəfəri təxliyə edib, 54 nəfər xilas olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...