Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Fransaya gedib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Paşinyanın noyabrın 10-da keçiriləcək 9-cu Paris Sülh Forumunda iştirakı nəzərdə tutulub.