ABŞ, Ukrayna və Rusiyanın Əbu-Dabidə keçiriləcək danışıqlarında atəşkəs müzakirə olunmayacaq.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, görüşdə əsas diqqət Ukraynanın təhlükəsizlik təminatlarına və Avropada gələcək təhlükəsizlik arxitekturasına yönələcək.
Vaşinqton mümkün atəşkəs əldə olunacağı təqdirdə Rusiyanın Ukraynaya yenidən hücum etməsinin qarşısını alacaq mexanizmləri müzakirə etməyi planlaşdırır.
Bundan əlavə, ABŞ Moskvanın Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirakının ərazi məsələlərində Rusiyanın mövqeyini yumşaltmağa və dalana dirənmiş danışıqların irəliləməsinə kömək edəcəyinə ümid edir.