Modern.az

İran ABŞ-a iki gün vaxt verdi

İran ABŞ-a iki gün vaxt verdi

Dünya

Bu gün, 21:45

İran ABŞ-yə iki gün ərzində danışıqlara qayıtmaq təklifi təqdim edib.

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tehran bunun üçün ABŞ-dan əvvəlcə hərbi əməliyyatları dayandırmağı, dəniz blokadasını aradan qaldırmağı və sanksiyaları ləğv etməyi tələb edir.

Axios-un məlumatına görə, Qətərin vasitəçiliyi ilə hazırlanan layihədə aşağıdakı addımlar nəzərdə tutulur:

Birinci gün: ABŞ İranın dəniz blokadasını aradan qaldırmalı və dondurulmuş vəsaitlərin bir hissəsini azad etməlidir. Bunun qarşılığında İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərinə müfəttiş göndərməsinə razılıq verməlidir.

İkinci gün: Hörmüz boğazı yenidən açılmalı, daha sonra nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilməlidir. 
  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!