Modern.az

Hava hücumlarına görə hava məkanını bağladı

Hava hücumlarına görə hava məkanını bağladı

Dünya

Bu gün, 09:32

Küveyt hakimiyyəti İranın ölkə ərazisində yerləşən hərbi bazalara endirdiyi son zərbələrdən sonra hava məkanını bağlamaq qərarı verib.

Modern.az xəbər verir ki, bu barədə Küveyt Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, qərar İranın Küveyt ərazisinə qarşı həyata keçirdiyi hücumlar və bunun regionda mülki aviasiyanın təhlükəsizliyi üçün yarada biləcəyi risklər nəzərə alınaraq qəbul edilib.

“Bu tədbir Küveyt ərazisinə yönəlmiş ciddi hücumlar və onların regionun hava nəqliyyatına yarada biləcəyi təhlükələr fonunda həyata keçirilir”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, hazırda havada olan təyyarələr alternativ hava limanlarına yönləndiriləcək.

 

 

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV